aze eng

Müraciət üçün son tarix: 30 sentyabr, 2025

Cenevrə şəhərində uğurlu beynəlxalq debütündən sonra “My Seas, My Oceans” layihəsi Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy. çərçivəsində Bakıda nümayiş olunacaq.

BMT-nin Cenevrə Ofisi tərəfindən, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən sərgi, müasir incəsənətin vasitəsilə aktual ekoloji məsələlərə işıq salır. Bakı buraxılışında Azərbaycanın aparıcı rəssamlarının – Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Cavid İlham, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xəlafova və Nəzrin Məmmədova – əsərləri ilə yanaşı, həmçinin məhz bu mərhələ üçün yaradılmış yeni bədii işlər təqdim olunacaq.

Sənətkarların Layihəyə Çağırışı

Bakı buraxılışı layihənin əhatə dairəsini genişləndirərək yeni iştirakçıları layihəyə qoşulmağa dəvət edir. Biz su, davamlılıq, iqlim dəyişiklikləri və dəniz biomüxtəlifliyini mövzu alan rəssam və heykəltəraşlar, multimedia və çoxsahəli sənətçilərdən layihə üçün təkliflərini qəbul edirik. Seçilmiş bədii işlər sərginin ekoloji mövzular, yaradıcılıq və planetimiz qarşısında ortaq məsuliyyət dialoqunu zənginləşdirəcək.

Əlavə suallarınız olsa bizimlə əlaqə saxlayın : info@bakuartweekend.az

Qeydiyyat tamamlandı. Marağınıza görə təşəkkür edirik.