en az

Mən – Suyam

31 oktyabrdan 16 noyabradək Zaman Art Gallery yaradıcılıq məkanında “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” beynəlxalq incəsənət festivalı çərçivəsində Azərbaycan rəssamlarının “Mən – Suyam” adlı qrup sərgisi keçiriləcək. Sərgidə 20-dən çox rəssamın əsəri nümayiş olunacaq. Onlar arasında: Tahir Şıxəliyev, Aylin Məmmədli, Diana Aliyeva, Məhəmməd Orucov, Eldar Babazadə, Sayalı Məmmədova, Orxan Qarayev, İnna Kostina, Afaq Əkbərova, Mir Azər Abdullayev, Günel Ravilova, Aynurə Mahmudova, Gülnarə Xəlilova, Nigar Familsoy, Vüqar Əli, Fəzilə Rəcəbova, Cavid Məmmədov, Soltan Soltanlı, Vüsalə Ağarazıyeva, Rafail Aliyev, Sərxan Hacıyev, Fidan Zaman, Novruz Balabəyov. Sərginin məqsədi tamaşaçıda yalnız suyun estetik qavrayışını deyil, həm də onun təbiətinə mənəvi yaxınlıq hissini oyatmaqdır. Hiss etdirməkdir ki, hər birimizin qəlbində yaddaşla, ağrıyla, işıqla və ümidlə dolu axan bir çay var.
31.10.2025
12:00:00 - 19:00:00
01.11.2025
12:00:00 - 18:00:00
02.11.2025
12:00:00 - 18:00:00
Zaman Art Gallery| İçərişəhər