en az

Axar yaddaş | Səbinə Şıxlinskaya, Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova, Timur Zaripov

“Axar Yaddaş” sərgisi Azərbaycanda hamam mədəniyyətinin çoxqatlı semantik qatlarını - su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. Bu sərgi hamamı yalnız memarlıq forması və fiziki məkan kimi deyil, həm də ictimai münasibətlərin, şəxsi xatirələrin və mədəni davamlılığın daşıyıcısı kimi təqdim edir. Beləliklə, hamam mədəniyyəti burada həm kollektiv, həm də fərdi yaddaşın məkan kimi oxunmasına imkan yaradır. Mənsurə Məmmədəliyevanın kurasiyası ilə hazırlanan sərgi, əməkdar incəsənət rəssamı Səbinə Şıxlinskaya, Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və Timur Zaripovun iştirakı ilə hamam məkanını keçmişlə bu gün arasında axan yaddaş sahəsinə çevirir. Sərgi, zamanın təbəqələnməsi, yaddaşın materiallaşması və məkanın simvolik transformasiyası ideyalarını bədii ifadə vasitəsilə yenidən təfsir edir. Atəş Hubın təqdimatı və Aqnessa Tariverdiyevanın sənət menecerliyi ilə ərsəyə gələn “Axar Yaddaş” həm tarixi-mədəni irsin qorunması, həm də ekoloji və sosial məsuliyyət anlayışlarını çağdaş sənət diskursuna daxil edir. Bu baxımdan layihə, həm tədqiqat yönümlü kurator jesti, həm də çağdaş insanın yaddaş və məkanla münasibətinə poetik refleksiya kimi çıxış edir. Atəş Hub - gənc rəssamları bir araya gətirən, sərgilər və interdisiplinar sənət layihələri vasitəsilə dialoq yaradan yaradıcı platforma - bu təşəbbüslə kollektiv xatirə və məkan poetikasının çağdaş interpretasiyasına öz töhfəsini verir.
31.10.2025
10:00:00 - 18:30:00
01.11.2025
10:00:00 - 18:30:00
02.11.2025
10:00:00 - 18:30:00
Yeraltı Hamam | İçərişəhər