Rayan Kupmans və Alis Veksel, Ori Gerştin beynəlxalq incəsənət layihələri
Fly to Baku. Art Weekend. Sense the Future NOW. 2026 çərçivəsində təqdim olunan iki beynəlxalq incəsənət layihəsi, Rayan Kupmans və Alis Vekselin “The Wild Within”, eləcə də Ori Gerştin “Pomegranate” əsərləri transformasiya, mədəni yaddaş və insan, təbiət və zaman arasındakı qarşılıqlı əlaqələri araşdırır.
Fərqli bədii yanaşmalara əsaslanan hər iki layihə memarlıq, mənzərə və natürmort kimi tanış təsvir formalarını gözlənilməz kontekstlərdə təqdim edir. Bununla da onlar dəyişməzlik haqqında ənənəvi təsəvvürləri sorğulayır və izləəyicini dünyaya yeni nəzərlə baxmağa dəvət edir. Bu əsərlər birlikdə davamlılıqla yoxolma, irslə dəyişmə arasında bədii dialoq yaradır.
Tarixi irsin, müasir memarlığın və dinamik mədəni mühitin vəhdət təşkil etdiyi Bakıda bu əsərlər yaddaş, transformasiya, təbiət və gələcək haqqında daha geniş müzakirələrə töhfə verir.
Beynəlxalq bədii baxışlar vasitəsilə Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy. 2026 Bakını sadəcə incəsənət tədbirlərinin keçirildiyi məkan kimi deyil, bədii dialoqun fəal iştirakçısı kimi təqdim edir.
Vacib bildiriş: Bu tədbirə giriş üçün bilet tələb olunur. Biletləri birbaşa tədbir məkanından əldə edə bilərsiniz.