en az

Filmin nümayişi | “Avropanın Son Bəbiri”

İlk yayımlanmasından on il sonra “Avropanın son bəbiri” sənədli filmi regionun ən nadir və sirli heyvanlarından birinin axtarışına yenidən nəzər salan xüsusi nümayişlə Azərbaycana qayıdır.

Ginkgo Agency tərəfindən hazırlanmış və ilk dəfə Nat Geo WILD kanalında yayımlanmış sənədli film Azərbaycanın zəngin təbiət mənzərələri boyunca Qafqaz bəbirinin axtarışından bəhs edir. Film nadir hallarda müşahidə edilən bu yırtıcının izinə düşmək və onun mövcudluğunu sənədləşdirmək prosesinin tələb etdiyi əzmkarlığı, qarşıya çıxan qeyri-müəyyənlikləri və çətinlikləri üzə çıxarır. Eyni zamanda, bəbirin təbii yaşayış mühitinin və bütövlükdə Qafqazın biomüxtəlifliyinin qorunmasının vacibliyinə diqqət çəkir.

Film nümayişindən sonra “Avropanın son bəbiri” sənədli filminin prodüseri Harriet Pratten və WWF Azərbaycanın təbiətin mühafizəsi üzrə meneceri Könül Əhmədova filmin ərsəyə gəlmə hekayəsi ilə təbiətin mühafizəsi sahəsindəki bugünkü vəziyyət arasında əlaqə yaradan müzakirədə bir araya gələcəklər.

İştirakçılar sənədli filmin çəkilişi zamanı qarşılaşılan çətinliklərə, son on ildə Qafqaz bəbirinin mühafizəsi sahəsində baş verən dəyişikliklərə, eləcə də bu nadir növün və onun təbii yaşayış mühitinin qorunması istiqamətində davam edən fəaliyyətlərə nəzər salacaqlar.

Müzakirədə vizual hekayəçiliyin təbiətin mühafizəsindəki rolu da diqqət mərkəzində olacaq. Fotoşəkillərin və filmlərin insanlarda maraq oyatmaq, təbiət haqqında bilikləri genişləndirmək və izləyicilərlə canlı aləm arasında mənalı əlaqələr yaratmaq imkanları araşdırılacaq.


Müzakirə
iştirakçıları

Harriet Pratten
“Avropanın son bəbiri” sənədli filminin prodüseri

Könül Əhmədova
WWF Azərbaycan, təbiətin mühafizəsi üzrə menecer

31.10.2026
Rəngkarlıq Muzeyi