en az

YAŞA, XƏZƏR! | Fərid Rəsulov

Fərid Rəsulov “YAŞA, XƏZƏR!” Kurator: Sitara İbrahimbəyli 30 oktyabr 2026 – 15 yanvar 2027 Otaq Gallery İçərişəhər, Səftər Quliyev küçəsi 7 Fərid Rəsulovun sərgisi Xəzər dənizini müxtəlif canlıların bir-biri ilə əlaqədə yaşadığı, eyni zamanda insan müdaxiləsinin davamlı təsiri altında dəyişən və müxtəlif maraqların toqquşduğu yaşayış mühiti kimi təqdim edir. Suitilər, qutanlar, nərə balıqları və sahil bitkilərinin təsvir olunduğu rəsmlər getdikcə daha qeyri-sabit hala gələn bu mühitdə həyatın necə davam etdiyinə diqqət çəkir. Ekoloji tarazlığın pozulması əsərlərdə elementlərin yerləşdirilməsi ilə aydın görünür: yuvalar həyat üçün vacib olan bataqlıq ərazilərdən ayrı düşür, heyvanlar açıq sahillərdə toplaşır, balıq torları isə su canlılarının yaşayış mühitini pozur. Bu təsvirlər mənzərə sənəti ənənəsinə fərqli baxış təqdim edir və təbiətin insanın müşahidəsinə və nəzarətinə tabe bir məkan kimi qəbul edilməsinə tənqidi yanaşır. Xəzər burada canlıların məskunlaşdığı bir ərazi kimi təqdim olunur; onun tədricən pisləşən ekoloji vəziyyəti isə burada yaşayan canlıların gələcəyini təhlükə altına alır. Zəngin təbiət mənzərələrinin hansı zamana aid olduğu qeyri-müəyyən qalır. Bu səhnələr keçmişdəki təbiəti xatırlada, bu gün hələ də mövcud olan yaşayış mühitlərini əks etdirə və ya gələcəkdə təbiətin yenidən bərpa oluna biləcəyi təsəvvürünü yarada bilər. Bu təsvirlərin əhəmiyyəti də məhz bu qeyri-müəyyənlikdən irəli gəlir. Təbiətin çiçəkləndiyi əks etdirən bu təsvirlər bugünkü vəziyyəti dəyərləndirməyə imkan verir və bəzi növlərin hələ də mövcud olması ilə ekosistemin bütövlüyünün qorunması arasındakı fərqi üzə çıxarır. “Yaşa, Xəzər!” şüarı Xəzəri qorunması vacib olan canlı bir varlıq kimi təqdim edir. Bu çağırışın aktuallığı sərgiyə siyasi məzmun da qazandırır: bu yaşayış mühitlərinin gələcəyi məsuliyyətin bölüşdürülməsindən, təbii sərvətlərin idarə olunmasından və Xəzərlə bağlı fərqli maraqların uzlaşdırılmasından asılıdır. Qısa Məzmun: OTAQ Qalereyasında Sitara İbrahimbəylinin kuratorluğu ilə təqdim olunan Fərid Rəsulovun “YAŞA, XƏZƏR!” adlı fərdi sərgisi rəngkarlıq əsərləri vasitəsilə Xəzərin həssas ekosistemlərini, canlı növlərinin qarşılıqlı asılılığını və insan qərarlarının onların mövcudluğuna təsirini araşdırır.
30.10.2026
10:00:00 - 19:00:00
31.10.2026
10:00:00 - 19:00:00
01.11.2026
10:00:00 - 19:00:00
Otaq Gallery | Icherisheher