en az

Məsuliyyət Radiusu | Elvin Nəbizadə

Elvin Nəbizadə “Məsuliyyət Radiusu” İnsan təbiətə yalnız etdiyi hərəkətlə deyil, tutduğu mövqe ilə də təsir edir. “Məsuliyyət Radiusu” insanla vəhşi təbiət arasındakı görünməz əlaqədən bəhs edir. Əsərdə iki heykəl — Qafqaz bəbiri və ceyran təqdim olunur. İlk baxışda onlar adi heykəllər kimi görünür. Ancaq tamaşaçı onlara yaxınlaşdıqda əsərin əsas fikri ortaya çıxır. Heykəllər xüsusi istiqamətdən gələn işıqla görünür. Ziyarətçi yaxınlaşıb baxmaq və ya foto çəkmək istəyəndə, özü də hiss etmədən işığın qarşısını kəsir və heyvan qaranlıqda qalır. O anda anlayır ki, dəyişən heykəl deyil, onun öz mövqeyidir. İnsan bir addım geri çəkildikdə heyvan yenidən görünür. Digər ziyarətçilər də eyni təcrübəni yaşayır və bir-birlərinə yol verməyə başlayırlar. Beləliklə, əsər heç bir izah vermədən kollektiv məsuliyyət hissini yaradır. Bu iş sadəcə təbiəti qorumaq haqqında bir çağırış deyil. Bu, insanın öz davranışını və onun nəticələrini fərq etməsi haqqındadır. Çünki bəzən ən doğru hərəkət irəli getmək yox, bir addım geri çəkilməkdir. Əsər tamaşaçını öz davranışına kənardan baxmağa və şəxsi məsuliyyətinin sərhədlərini düşünməyə dəvət edir.
31.10.2026
11:00:00 - 15:00:00
01.11.2026
11:00:00 - 19:00:00
Daş Salnamə Muzeyi | Dənizkənarı Milli Park