Bakı İncəsənət Həftəsonu çərçivəsində .ART və festivalın təşkilatçıları 30–31 oktyabr 2026-cı il tarixlərində Heydər Əliyev Mərkəzində rəqəmsal sənət əsərlərinin nümayişini təqdim edirlər. Nümayiş multidissiplinar sənətkar Medinanın, eləcə də "Böyük beşlik" açıq çağırış müsabiqəsi vasitəsilə seçilmiş iki beynəlxalq sənətkarın əsərləri bir araya gətirir. Medinanın rəqəmsal əsərləri təbiət, ekoloji şüur və insanın ətraf mühitlə münasibətini araşdırır. Bu əsərlərin bəziləri daha əvvəl Bakıda keçirilən COP29 çərçivəsində təqdim olunub.
.ART tərəfindən HUG.art rəqəmsal incəsənət platformasında elan edilən “Böyük beşlik” açıq çağırış Avropa, Qafqaz və Mərkəzi Asiyadan olan sənətçiləri biomüxtəliflik və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin gələcəyi haqqında düşünməyə dəvət etdi. Layihə IDEA İctimai Birliyinin 2012-ci ildə müəyyənləşdirdiyi beş rəmzi növdən — ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və şah qartalından ilham alıb. Açıq çağırışın yekununda Muriel Lerm və Mazin finalçı seçilib.
.ART-ın dəstəyi ilə seçilmiş sənətçilərdən biri Bakı İncəsənət Həftəsonunda şəxsən iştirak edəcək, festivalın VIP proqramına qatılacaq və dünyanın müxtəlif ölkələrindən gələn sənətkarlar, kuratorlar, kolleksiyaçılar və mədəniyyət sahəsinin mütəxəssisləri ilə əlaqələr quracaq.
Vacib bildiriş: Bu tədbirə giriş üçün bilet tələb olunur. Biletləri birbaşa tədbir məkanından əldə edə bilərsiniz.