Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum üstə gəl” adlı retrospektiv sərgisi keçiriləcək.
Sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif əsərləri nümayiş olunacaq.
Ekspozisiya Abşeronun təbiətini, mənzərələrini, rəng çalarlarını və özünəməxsus ruhunu yaradıcılığının əsas ilham mənbəyinə çevirən sənətkarın müxtəlif dövrlərdəki bədii axtarışlarını, fərdi üslubunu və sənət dünyasının səciyyəvi cəhətlərini əks etdirəcək.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir .
Sərgi 26 mart 2027-ci il tarixinədək davam edəcək.